Mən Aynura İbrahimova, 25 ildən artıq klinik təcrübəyə malik uşaq nevroloquyam. Körpəlikdən yeniyetməlik dövrünədək uşaqlarda nevroloji problemlərin qiymətləndirilməsi, müalicəsi və izlənməsi ilə məşğul oluram.
Peşə fəaliyyətim müxtəlif tibb müəssisələrində uşaq nevroloji qəbulunu, yenidoğulmuşların və vaxtından əvvəl doğulmuş körpələrin nevroloji qiymətləndirilməsini əhatə edir.
Uşağın sağlamlığını onun inkişafı, gündəlik həyatı və ailənin müşahidələri ilə birlikdə dəyərləndirirəm. Məqsədim valideynin narahatlığını diqqətlə dinləmək, müayinə nəticələrini aydın izah etmək və fərdi müalicə və izləmə planı hazırlamaqdır.
Təhsil və peşəkar inkişaf
Azərbaycan Tibb Universitetində ali tibb təhsili almış, uşaq nevrologiyası üzrə internatura keçmişəm.
Peşəkar inkişafım çərçivəsində Türkiyənin Başkent Universitetində nevrologiya üzrə müşahidə proqramında və Marmara Universitetində klinik neyrofiziologiya üzrə praktiki təlimdə iştirak etmişəm. Epilepsiya üzrə ILAE Academy Level 1 təhsil proqramını tamamlamışam.
Bilik və bacarıqlarımı davamlı tibbi təhsil və peşəkar təlimlərlə yeniləyirəm.
Peşəkar üzvlüklər
- Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası
- Epilepsiya Əleyhinə Beynəlxalq Liqa — ILAE
- Ümumdünya Nevrologiya Federasiyası — WFN
Valideynlərə sözüm
«Uşağınızla bağlı müşahidələriniz mənim üçün dəyərlidir. Sizi diqqətlə dinləmək, suallarınızı cavablandırmaq və növbəti addımları aydın şəkildə izah etmək həkim yanaşmamın əsasını təşkil edir.»
Tez-tez verilən suallar
Hansı yaşda uşaqları qəbul edirsiniz?
Doğulduğu gündən 18 yaşa qədər. Yenidoğulmuş və vaxtından əvvəl doğulmuş körpələrin izlənməsi ayrıca istiqamətdir.
Müayinə necə keçir?
Əvvəlcə valideynlə söhbət: şikayət, hamiləlik və doğuş tarixçəsi, inkişaf mərhələləri, ailədə oxşar hallar. Sonra uşağın yaşına uyğun nevroloji müayinə. Lazım gələndə EEQ və ya əlavə müayinələr təyin olunur. Körpənin müayinəsi necə keçir
Qəbula necə yazılmaq olar?
WhatsApp-a yazın və ya zəng edin. Qəbul Sabunçu Tibb Mərkəzində əvvəlcədən yazılışla aparılır. Əlaqə səhifəsi
Tibbi baxış: Dr. Aynura İbrahimovaSon yenilənmə:
Bu səhifədəki məlumat maarifləndirmə xarakterlidir və həkim müayinəsini əvəz etmir. Uşağınızla bağlı narahatlığınız varsa, müayinəyə yazılın. Təcili hallarda 103 nömrəsinə zəng edin.
